Menyu

Ronaldo Portuqaliyanın Millətlər Liqası matçları üçün heyətinə daxil edilib

Əziz Əzizli
Ronaldo Portuqaliyanın Millətlər Liqası matçları üçün heyətinə daxil edilib
1 dəq oxu

Portuqaliya millisinin məşqçilər korpusu UEFA Millətlər Liqasının iyunda baş tutacaq yarımfinal mərhələsi üçün futbolçuların siyahısını müəyyənləşdirib.

Operativ Media xəbər verir ki, “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo da siyahıya daxil edilib.

Qapıçılar: Dioqo Kosta (“Portu”), Rui Silva (“Sportinq”), Xose Sa (“Vulverhempton”).

Müdafiəçilər: Dioqo Dalot (Mançester Yunayted), Nelson Semedo (Vulverhempton), Ruben Dias (Mançester Siti), Renato Veyqa (Yuventus), Antonio Silva (Benfika), Nuno Mendes (PSJ), Nuno Tavares (Latsio), Qonkalo İnasio (Sportinq).

Yarımmüdafiəçilər: João Neves, Vitinya (hər ikisi PSJ), Ruben Neves (Əl-Hilal), Bruno Fernandes (Mançester Yunayted), Bernardo Silva (Mançester Siti), Joao Palhinha (Bavariya), Pedro Qonçalves (Sportinq), João Feliks (Milan)

Hücumçular: Kriştiano Ronaldo (“Əl-Nasr”), Rafael Leao (“Milan”), Pedro Neto (“Çelsi”), Fransisko Trinkao (“Sportinq”), Rodriqo Mora (“Portu”), Fransisko Konseysao (“Yuventus”), Dioqo Jota (“Liverpul”), Qonzalo Ramos (“PSJ”).

İyunun 4-də Millətlər Liqasının yarımfinalında Portuqaliya Almaniya ilə qarşılaşacaq. İkinci yarımfinalda Fransa İspaniya ilə qarşılaşacaq.

Əlaqəli Xəbərlər