20 May 2025, 19:50
II Liqa: "Füzuli" Region Liqasına düşdü
II Liqa: "Füzuli" Region Liqasına düşdü şəkil
II Liqa: "Füzuli" Region Liqasına düşdü

Bu gün Azərbaycan II Liqasında sonuncu - 26-cı tur start götürüb.

Operativ Media xəbər verir ki, turun ilk günündə 3 matç baş tutub.

"Lerik" səfərdə "Füzuli"ni minimal, "Ağdaş" isə "Kür-Araz"ı böyük hesabla məğlub edib. Çempionatın bürünc mükafatçısı "Şimal" isə doğma meydanda "Göygöl" üzərində inamlı qələbə qazanıb.

Beləliklə, "Füzuli" çempionatı sonuncu yerdə bitirərək Region Liqasına yuvarlanıb. "Lerik" isə Region Liqasının finalçısı ilə pley-off matçı keçirəcək. 

Tura, başqa sözlə, həm də çempionata sabah yekun vurulacaq.

Azərbaycan II Liqası

26-cı tur

20 may

"Füzuli" – "Lerik" 0:1

Qol: Z.Nuruzadə, 79.

"Kür-Araz" – "Ağdaş" 1:4

Qollar: E.Məmmədov, 57-pen. - V.Nəsirov, 4. A.Kərimxanov, 9. E.Süleymanov, 21. Ü.Sarıyev, 40.

"Şimal" – "Göygöl" 2:0

Qollar: T.Nəsibov, 56. C.Kəlbəliyev, 87.

Son xəbərlər
AZAL-ın daha bir neçə reysi ləğv edilib - SİYAHI
Vüqar Kərəmov yaponiyalı döyüşçünü məğlub etdi
İran daha bir İsrailə məxsus F-35 döyüş təyyarəsini vurub
Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
"Zirə" Hacıağa Hacılıyla müqavilə yenilədi
İran hava məkanı daha bir gün bağlı qalacaq
Binəqədi rayonunda oğurluq edənlər saxlanılıb
İranda daha üç nüvə alimi öldürülüb