20 May 2025, 20:09
Tramp: Bayden avtomatik imzadan istifadə edirdi
Tramp: Bayden avtomatik imzadan istifadə edirdi şəkil
Tramp: Bayden avtomatik imzadan istifadə edirdi

“ABŞ-nin keçmiş prezidenti Co Bayden vəzifədə olarkən özü rəsmi sənədləri imzalamayıb”​.

Operativ Media “ABC News”a istinadən xəbər verir ki, bunu hazırkı dövlət başçısı Donald Tramp deyib.

“Mən bildim ki, o deyil (Bayden). Avtomatik imzaya kim nəzarət edirdi? Bu çox ciddi sualdır. Heç nəyə imza atmayan prezidentimiz var idi. O, demək olar ki, hər şey üçün avtomatik imzadan istifadə edirdi”, - Tramp bildirib.

Trampın sözlərinə görə, Baydenin prezidentliyi dövründə real hakimiyyəti prezidentin avtoimzasına çıxışı olan “radikal sol dəlilər” həyata keçirib.

Son xəbərlər
İranda daha üç nüvə alimi öldürülüb
Nəsimi rayonunda ekstazi həblərini toz formasında satan şəxslər saxlanılıb
Füzulidə "Son zəng" mərasimi keçirilib - FOTOLAR
Hikmət Hacıyev: Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Ermənistan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
İsrail Şərqi Azərbaycan vilayətində dörd hədəfə raket zərbələri endirib
Bazar gününün hava proqnozu açıqlanıb
Cəbrayılda 32 il sonra ilk “Son zəng” çalındı - FOTOLAR