Menyu

PSJ Çempionlar Liqasının finalını öz stadionunda azarkeşlərə yayımlayacaq

Əziz Əzizli
PSJ Çempionlar Liqasının finalını öz stadionunda azarkeşlərə yayımlayacaq

PSJ öz stadionu "Parc des Princes"də "İnter"lə Çempionlar Liqasının final matçının canlı yayımını təşkil edəcək.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Final qarşılaşması mayın 31-də Almaniyanın Münhen şəhərindəki “Allianz Arena”da keçiriləcək. Almaniyaya gedə bilməyən azarkeşlər üçün PSJ matçı böyük ekranlarda yayımlayacaq. Klub, həmçinin tamaşaçılar üçün yemək və tematik tədbirlər təqdim edəcək.

Daha əvvəl PSJ-nin 600 klub əməkdaşına Çempionlar Liqasının finalına pulsuz bilet təqdim edəcəyi bildirilirdi.

Teqlər:

"PSJ \u00c7empionlar Liqas\u0131n\u0131n final\u0131n\u0131 \u00f6z stadionunda azarke\u015fl\u0259r\u0259 yay\u0131mlayacaq"

Əlaqəli Xəbərlər