20 May 2025, 23:30
"Çelsi" Rodriqonu transfer etməyi düşünür

"Çelsi" "Real"ın hücumçusu Rodriqo Qoeslə maraqlanır və yay transfer pəncərəsi açılanda onu transfer etməyi düşünür.
Operativ Media xəbər verir ki, bu haqda "Goal" məlumat yayıb.
"Çelsi" hələlik "Real Madrid"lə rəsmi danışıqlara başlamayıb, lakin artıq 24 yaşlı futbolçunun nümayəndələri ilə əlaqə saxlayıb.
Bundan əvvəl mətbuatda Rodriqonun komandadakı rolundan narazı olduğu və Kral Klubundan getməyi düşündüyü barədə məlumatlar yayılmışdı.
Bu mövsüm Rodriqo bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun "Real Madrid"lə müqaviləsi 2028-ci ilin yayına qədərdir.
"Transfermarkt"ın məlumatına görə, futbolçunun bazar dəyəri 100 milyon avrodur.