20 May 2025, 23:39
Zelenski: ABŞ-nin təsiri çoxsaylı insan həyatını xilas edə bilər
Zelenski: ABŞ-nin təsiri çoxsaylı insan həyatını xilas edə bilər şəkil
Zelenski: ABŞ-nin təsiri çoxsaylı insan həyatını xilas edə bilər

Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması yollarının tapılmasında ABŞ mühüm rol oynayır.

Operativ Media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski axşam xalqa müraciətində bildirib.

Dövlət başçısı artıq Finlandiya Prezidenti Aleksandr Stubb, İtaliya Baş naziri Corcia Meloni, Almaniya Kansleri Fridrix Mertz, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və Norveçin Baş naziri Yonas Qar Stere ilə danışıqlar apardığını qeyd edib.

“Bizə ümumi mövqelər və daha çox koordinasiyalı iş lazımdır. Diplomatiya hamı birlikdə olduqda daha güclü olur”, – deyə Zelenski bildirib.

Prezident vurğulayıb ki, ABŞ-nin sülh prosesində iştirakı həyati əhəmiyyət daşıyır: “Tərəfdaşlarımızla ABŞ Prezidenti Donald Trampla dünənki söhbətin detalları və ideyaları barədə müzakirələr aparırıq. Rusiyada ABŞ-dən qorxurlar və onun təsiri saysız insan həyatını xilas edə bilər. Biz Rusiya ilə növbəti görüşlərin formatını tərəfdaşlarla müzakirə edirik. Ukrayna nəticə verəcək istənilən formatda birbaşa danışıqlara tam hazırdır”.

Son xəbərlər
Nəsimi rayonunda ekstazi həblərini toz formasında satan şəxslər saxlanılıb
Füzulidə "Son zəng" mərasimi keçirilib - FOTOLAR
Hikmət Hacıyev: Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir
Ermənistan və İran XİN rəhbərləri arasında telefon danışığı olub
İsrail Şərqi Azərbaycan vilayətində dörd hədəfə raket zərbələri endirib
Bazar gününün hava proqnozu açıqlanıb
Cəbrayılda 32 il sonra ilk “Son zəng” çalındı - FOTOLAR
Netanyahunun ofisi: İsrail İranda əməliyyatını genişləndirir