Yaponiyanın Kənd Təsərrüfatı, Meşə və Balıqçılıq naziri Taku Eto düyü ilə bağlı səsləndirdiyi fikirlərin ictimaiyyətdə kəskin tənqidə səbəb olması fonunda istefa verib.
Operativ Media xəbər verir ki, bu barədə qərarı jurnalistlərə siyasətçinin özü deyib.
"Kyodo" xəbər agentliyinin məlumatına görə, vakant vəzifəyə əhali arasında populyar olan gənc siyasətçi, keçmiş baş nazir Juniçiro Koizuminin oğlu Şinjiro Koizumi təyin olunacaq. 2024-cü ilin payızında hakimiyyətə gələn baş nazir Şiqeru İşibanın komandasında Koizumi Liberal Demokrat Partiyasının (LDP) seçki komitəsinə rəhbərlik edib. Lakin parlamentin aşağı palatasına keçirilən növbədənkənar seçkilərdə partiyanın uğursuz çıxışından sonra istefa verib.
Keçən həftəsonu Eto ətrafında ciddi qalmaqal yaranıb. O, tədbirlərdən birində zarafatla düyü almadığını, çünki ailəsinin onu o qədər miqdarda aldığını və artıq "hətta satmağın vaxtı çatdığını" bildirib. Yaponiya rasionunda əsas qida məhsulu olan düyünün bahalaşması fonunda siyasətçinin bu açıqlaması əvvəlcə sosial şəbəkələrdə, daha sonra isə müxalifət və hətta baş nazir tərəfindən sərt tənqid edilib.
Teqlər:
"Yaponiyan\u0131n K\u0259nd t\u0259s\u0259rr\u00fcfat\u0131 naziri istefa verib"