Menyu

Braziliya millisinin sabiq müdafiəçisi Lusio xəstəxanaya yerləşdirilib

Əziz Əzizli
Braziliya millisinin sabiq müdafiəçisi Lusio xəstəxanaya yerləşdirilib
1 dəq oxu

"İnter"in və "Bavariya"nın keçmiş müdafiəçisi Lusio həftə sonu bədənində yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Operativ Media xəbər verir ki, 47 yaşlı braziliyalı mayın 14-də Braziliyada xəstəxanaya yerləşdirilib.

Onun həyat yoldaşı Marilia Forgiani Braziliyanın "O Globo" qəzetinə bildirib ki, yanıqlar bioetanolla işləyən ekoloji kamindən çıxan partlayış nəticəsində baş verib.

Lusio Avropada “Bayer” (2001-2004), “Bavariya” (2004-2009) və “İnter”də (2009-2012) çıxış edib. O, həmçinin Braziliya millisinin heyətində 105 oyun keçirib və 2002-ci il dünya çempionatının qalibi olub.

Əlaqəli Xəbərlər