Menyu

Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplanışında iştirak edir

Əziz Əzizli
Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplanışında iştirak edir

Azərbaycan cüdoçuları Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə İspaniyanın Benidorm şəhərində keçirilən Olimpiya Təlim Düşərgəsində iştirak edir.

Operativ Media xəbər verir ki, hazırlıq prosesinə milli komandalarımızın 36 üzvü (28 kişi, 8 qadın) cəlb olunub.

Cüdoçularımıza kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, qadınlardan ibarət millinin baş məşqçisi Amina Abdellatif və gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli rəhbərlik edir. 

Təlim düşərgəsi 13-20 iyun tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək böyüklər arasında dünya çempionatına, həmçinin qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

20-dən çox ölkənin iştirak etdiyi beynəlxalq təlim-məşq toplanışı mayın 23-də başa çatacaq.

Teqlər:

"Az\u0259rbaycan c\u00fcdo\u00e7ular\u0131 beyn\u0259lxalq t\u0259lim-m\u0259\u015fq toplan\u0131\u015f\u0131nda i\u015ftirak edir"

Əlaqəli Xəbərlər