21 May 2025, 11:38
Del Pyero məşqçilik lisenziyası alıb
Del Pyero məşqçilik lisenziyası alıb şəkil
Del Pyero məşqçilik lisenziyası alıb

"Yuventus"un və İtaliya yığmasının sabiq hücumçusu Alessandro Del Pyero İtaliya Futbol Federasiyasından (FIGC) məşqçilik lisenziyası alıb.

Operativ Media xəbər verir ki, o, bu haqda sosial media hesabında paylaşım edib.

"Bu gündən siz mənə "Cənab" deyə bilərsiniz. FIGC-yə və bu kursda məni müşayiət edən bütün müəllimlərə təşəkkür edirəm.vBu mühüm təhsil səyahətində mənimlə əməkdaşlıq edən və təcrübələrini bölüşən bütün insanlara minnətdaram", - deyə Del Pyero qeyd edib.

50 yaşlı italyan karyerasını 2015-ci ildə başa vurub. O, "Yuventus", "Padova", Avstraliyanın "Sidney" və Hindistanın "Dehli Dinamos" klublarında çıxış edib. Forvardın İtaliya millisində də 91 matçda 27 qolu var.

Son xəbərlər
Ötən gün axtarışda olan 6 nəfər saxlanılıb
Rusiya Zəngəzur dəhlizi söhbətlərinə reaksiya verib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb
Azərbaycan XİN Türkiyəni təbrik edib
"Qarabağ" "Zaltsburq"la qarşılaşacaq
Vəkillər Kollegiyasının sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə növbəti görüşünü keçirib
İran və Rusiya XİN rəhbərləri Çində danışıqlar aparacaq
ETSN: Azərbaycanda milli parklar ölkə ərazisinin 10.54%-ni təşkil edir