21 May 2025, 12:34
Marko Rossi: Azərbaycan ev matçlarında yaxşı oynayan komandadır
Marko Rossi: Azərbaycan ev matçlarında yaxşı oynayan komandadır şəkil
Marko Rossi: Azərbaycan ev matçlarında yaxşı oynayan komandadır

Macarıstan millisinin baş məşqçisi Marko Rossi iyunda İsveç və Azərbaycana qarşı keçirəcəkləri yoldaşlıq oyunları ilə bağlı danışıb.

Operativ Media yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis yığmamızın ev matçlarında yaxşı təsir bağışladığını bildirib:

"Bu iki rəqib bir-birindən fərqlənir. İsveç çox güclü komandadır və onların heyətində Avropanın top-liqalarında çıxış edən çoxlu futbolçular var. Onların əsasən üç müdafiəçi ilə oynadıqlarını və bütün meydanda birəbir mübarizə apardıqlarını bilirik. Bu səbəbdən bizə bu rəqibə qarşı çox çətin olacaq. Azərbaycan isə İsveç qədər güclü olmasa da, ev matçlarında yaxşı oynamağı bacaran komandadır. Hədəfimiz həm orada, həm də İsveçə qarşı görüşdə qələbə qazanmaqdır. Baxmayaraq ki, İsveçlə oyunda favorit sayılmayacağıq".

Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı iyunun 10-da Mərdəkandakı "Liv Bona Dea Arena" stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da start götürəcək.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb