21 May 2025, 16:02
Ronaldinyo: Vinisiusun "Qızıl top"u qazanmaması ədalətsizlik idi

Braziliya millisinin sabiq yarımmüdafiəçisi Ronaldinyo hesab edir ki, “Real Madrid”in hücumçusu Vinisius Junior 2024-cü ildə “Qızıl top”u qazanmalı idi.
Operativ Media xəbər verir ki, o, bu haqda Braziliya mediasına danışıb.
"Bu, Vinisiusa qarşı haqsızlıq idi. O, uzun illərdir ki, ən vacib yarışlarda qalib gəlir, Çempionlar Liqasının finallarında həlledici qollar vurur. O, "Qızıl top"a layiq idi. O, Braziliyanın ən böyük oyunçularından biridir və həmyerliləri ona həmişə yaxşılıq arzulayırlar",
2024-cü ildə “Qızıl top” “Mançester Siti”nin yarımmüdafiəçisi Rodriyə verilib. Səsvermənin nəticələrinə görə, o, mükafata əsas namizədlərdən biri hesab edilən Vinisiusu qabaqlayıb.