Türkiyə Suriyanın mərkəzində hərbi bazaya sahib olmaq istəyir.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio bildirib .
Rubio bildirib: "Düşünürəm ki, əsas amillərdən biri Suriya ərazisində xarici hərbi bazalar məsələsi olacaq. Keçid hökuməti nə vaxtsa xarici hərbi bazaların yerləşdirilməsinə icazə verib-verməməyə qərar verməli olacaq. Bu, Rusiyaya aiddir, lakin Türkiyəyə də aid edilə bilər, çünki o, həm də ölkənin mərkəzi hissəsində bazaya sahib olmaq istəyir"
Eyni zamanda o, Suriyada vəziyyətin hazırda sabit olduğunu və keçid hökumətinin bunu “İsrailə qarşı inqilab və ya hücum platforması” kimi görmədiyini bildirib.






