Menyu

İran və ABŞ danışıqlarının beşinci raundunun vaxtı açıqlanıb - YENİLƏNİB

Əsəd Abbaslı
İran və ABŞ danışıqlarının beşinci raundunun vaxtı açıqlanıb - YENİLƏNİB

İran və ABŞ arasında İslam Respublikasının nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli üçün danışıqların beşinci mərhələsi mayın 23-də Romada keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmail Bəqayi məlumat verib.

XİN rəsmisinin sözlərinə görə, Oman növbəti görüşün İtaliya paytaxtında keçirilməsini təklif edib və İslam Respublikası bununla razılaşıb.

Qeyd edək ki, daha əvvəl Omanın xarici işlər naziri Bədr əl-Busaidi mayın 23-də İran və ABŞ arasında danışıqların beşinci raundunun keçiriləcəyini açıqlamışdı.

20:38

İranla ABŞ arasında nüvə proqramına dair danışıqların beşinci raundu mayın 23-də İtaliyanın paytaxtı Romada keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə vasitəçi ölkə kimi çıxış edən Omanın xarici işlər naziri Bədr əl-Busaidi məlumat verib.

Nazir qeyd edib ki, tərəflər arasında fikir ayrılıqlarının aradan qaldırılması məqsədilə dialoq davam etdirilir və bu istiqamətdə Romada növbəti görüş baş tutacaq.

Teqlər:

"\u0130ran v\u0259 AB\u015e dan\u0131\u015f\u0131qlar\u0131n\u0131n be\u015finci raundunun vaxt\u0131 a\u00e7\u0131qlan\u0131b - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər