ABŞ Talibanı terror təşkilatları siyahısına salmağı müzakirə edir
Əsəd Abbaslı
ABŞ Dövlət Departamenti Taliban hərəkatını xarici terror təşkilatları siyahısına əlavə etməyi nəzərdən keçirir.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi və milli təhlükəsizlik məsələləri üzrə köməkçi Marko Rubio Nümayəndələr Palatasının Xarici əlaqələr komitəsində çıxışı zamanı məlumat verib.
"Bu təsnifat hazırda yenidən dəyərləndirilir. Biz Talibanın kim olduğunu və keçmişdə nə etdiklərini çox yaxşı bilirik. Siyahıya daxil olunmaları ilə bağlı qərarlarımız olacaq. Bu, Əfqanıstana dair gələcək siyasətimizə əsaslanacaq", – deyə Rubio bildirib.
O həmçinin qeyd edib ki, Rusiya ilə mübarizə çərçivəsində ABŞ Talibanla daha geniş əməkdaşlıq imkanlarını da nəzərdən keçirir.
Teqlər:
"AB\u015e Taliban\u0131 terror t\u0259\u015fkilatlar\u0131 siyah\u0131s\u0131na salma\u011f\u0131 m\u00fczakir\u0259 edir"