İsrail və Türkiyə Suriyada hərbi əməliyyatların koordinasiyası və mümkün toqquşmaların qarşısının alınması məqsədilə xüsusi “qaynar xətt”in yaradılması barədə razılığa gəliblər.
Operativ Media xəbər verir ki, bu barədə "Middle East Eye" nəşri məlumat yayıb.
Bildirilir ki, bu razılıq Azərbaycanın vasitəçiliyi ilə iki ölkənin nümayəndələri arasında keçirilən son danışıqlar zamanı əldə olunub.
Yeni yaradılacaq “qaynar xətt” vasitəsilə İsrail və Türkiyə Suriya ərazisində apardıqları hərbi əməliyyatlar barədə birbaşa və operativ informasiya mübadiləsi aparacaqlar.
Qeyd edək ki, Türkiyə və İsrail rəsmiləri Suriya ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün aprel ayından bəri Bakıda görüşürlər.






