FİFA prezidenti "Qarabağ"ı çempionluq münasibətilə təbrik edib
Əziz Əzizli
FIFA prezidenti Gianni İnfantino “Qarabağ” Futbol Klubunu Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün qalibi olması münasibətilə təbrik edib.
Operativ Media xəbər verir ki, o, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəfə məktub ünvanlayıb.
"Hörmətli prezident, bu məktub vasitəsilə Azərbaycanın yeni çempionu “Qarabağ” FK-nı təbrik etməkdən məmnunam!
Onların mövsümboyu davamlı səyləri və nəticələri öz bəhrəsini verib, bu mühüm titul qazanılıb. Bu böyük nailiyyətə görə komandanı və klubun hər bir üzvünü təbrik edirəm.
Hörmətli prezident, ölkənizdə futbolun inkişafı üçün göstərdiyiniz davamlı dəstəyə, əməyə və fədakarlığa görə sizə və assosiasiyanıza təşəkkür etməklə yanaşı, sizi tezliklə yenidən görməyi səbirsizliklə gözləyirəm", - məktubda bildirilib.
Teqlər:
"F\u0130FA prezidenti \"Qaraba\u011f\"\u0131 \u00e7empionluq m\u00fcnasib\u0259til\u0259 t\u0259brik edib"