Menyu

Zelenski Aİ-yə Rusiyaya qarşı sanksiyalar üçün təşəkkür edib

Əsəd Abbaslı
Zelenski Aİ-yə Rusiyaya qarşı sanksiyalar üçün təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Şurasının rəhbəri Antonio Kosta ilə telefonla danışıb.

Operativ Media xəbər verir ki, bu barədə V.Zelenski sosial şəbəkə hesabında yazıb.

Ukrayna Prezidenti Avropa İttifaqının Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqlədiyinə görə təşəkkür edib.

V.Zelenski yazıb: "Növbəti sanksiyalar üçün artıq hazırlıq gedir və onların daha güclü olması çox vacibdir. Buraya enerji sektoru, bank sektoru və kölgə donanması, o cümlədən təkcə gəmilər deyil, həm də onlara xidmət edən ekipajlar daxil olmalıdır".

Avropa Şurasının rəhbəri öz nəvbəsində Rusiya atəşi dayandırmaqdan imtina edərsə, bu cür sanksiyalar tətbiq olunacağını bəyan edib.

Bundan başqa, söhbət zamanı Ukraynanın Avropa İttifaqına üzvlük perspektivi də müzakirə olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər