Menyu

İsrailin zərbələri nəticəsində Qəzzada 24 saat ərzində 93 nəfər həlak olub

Əziz Əzizli
İsrailin zərbələri nəticəsində Qəzzada 24 saat ərzində 93 nəfər həlak olub
1 dəq oxu

Son 24 saat ərzində İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 93 nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb .

İsrail ordusu Qəzza zolağının mərkəzi və şimal rayonlarına zərbələr endirməkdə davam edir.

Qəzza Səhiyyə Nazirliyinin statistik məlumatlarına görə, Fələstin-İsrail münaqişəsinin 2023-cü ilin oktyabrında qızışmasından bu yana Fələstin anklavında ölənlərin sayı 53 655 nəfərə çatıb, 121 950 nəfər yaralanıb.

Əlaqəli Xəbərlər