Rubio: ABŞ Vaşinqtonda İsrail səfirliyinin əməkdaşlarının öldürülməsini pisləyir
Əziz Əzizli
ABŞ İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşının qətlə yetirilməsini qətiyyətlə pisləyir və bu hadisəni “qorxaqcasına antisemit zorakılığın həyasız təzahürü” kimi qiymətləndirir.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi, eyni zamanda ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio X sosial şəbəkə hesabında yazıb.
“Biz İsrailin Vaşinqtondakı səfirliyinin iki əməkdaşının qətlini ən kəskin şəkildə qınayırıq. Dualarımız onların yaxınları ilədir. Bu, qorxaqcasına antisemit zorakılığın həyasız hərəkətidir. Əmin olun, biz bu hadisədə iştirak edənləri tapıb məsuliyyətə cəlb edəcəyik”, – deyə Rubio qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net