Cənubi Asiya ölkəsi Banqladeşin Şerpur şəhərinə bağlı Cənayqati qəsəbəsində 30-a yaxın filin olduğu bir sürü insanların üstünə hücum edib.
Operativ Media xəbər verir ki, hadisə zamanı sakinlər özlərini qorumaq üçün filləri çubuqlarla uzaqlaşdırmağa çalışıblar, lakin fillərə çox yaxınlaşan bir nəfər tapdanaraq hadisə yerində həyatını itirib.
Tarladan evinə qayıdarkən sürü ilə qarşılaşan başqa bir şəxs isə fillərdən birinin hücumuna məruz qalıb və həyatını itirib.






