
Rusiya Federasiyasının daxili işlər nazirinin birinci müavini - Vətəndaşlıq Məsələləri və Xarici Vətəndaşların Qeydiyyatı Xidmətinin rəisi Andrey Kikot Müstəqil Dövlətlər Birliyinin ( MDB) iştirakçı dövlətlərinin Miqrasiya Orqanları Rəhbərləri Şurasına yeni sədr seçilib.
Operativ Media xəbər verir ki, yeni sədr Şuranın Bakıda keçirilən 29-cu iclasında səsvermə ilə seçilib. Andrey Kikot bildirib ki, bu gün miqrasiya axınları ölkələrin iqtisadi, demoqrafik, sosial inkişafına impuls verə biləcək müsbət potensiala malikdir: "Amma bununla belə miqrasiya axınları böyük risklərlə müşahidə olunur. Bununla əlaqədar Şura daxilində vacib hədəflərdən biri müvafiq orqanların fəaliyyətinin effektivliyinin artırılmasıdır. Bugünkü gündəliyə uyğun olaraq, iclasda miqrasiya sahəsində önəmli məsələlər müzakirə olunacaq. Dövlətlər tərəfindən qanunvericilik sahəsində qəbul edilən sənədlərə uyğun miqrasiya axınlarının idarəolunması istiqamətində fəaliyyət barədə hesabatlar dinləniləcək, vacib məsələlərdə təcrübə mübadiləsi aparılacaq”.