Menyu

Azərbaycan millisinin Belarus yığması ilə oyununun yeri və vaxtı bilindi

Əziz Əzizli
Azərbaycan millisinin Belarus yığması ilə oyununun yeri və vaxtı bilindi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlama vaxtı müəyyənləşib.

Operativ Media xəbər verir ki, bu haqda AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 2-də Minskə yollanacaq U-21 ayın 4-də Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Baranoviçi şəhər stadionunda təşkil olunacaq görüş yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.

Qeyd edək ki, millimiz hazırlıq çərçivəsində iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 komandası ilə yoldaşlıq görüşü keçirəcək.

Teqlər:

"Az\u0259rbaycan millisinin Belarus y\u0131\u011fmas\u0131 il\u0259 oyununun yeri v\u0259 vaxt\u0131 bilindi"

Əlaqəli Xəbərlər