22 May 2025, 14:27
Rusiya Ukrayna sərhədindəki müşahidə kameralarını sındırıb

Rusiyanın Hərbi Kəşfiyyat İdarəsi Qərbin Ukraynaya göndərdiyi yardımı izləmək və dayandırmaq məqsədilə sərhəddəki təhlükəsizlik kameralarını sındırıb.
Operativ Media xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Rusiyanın Hərbi Kəşfiyyat İdarəsi sərhəd keçid məntəqələri, dəmiryol vağzalları və hərbi obyektlər yaxınlığındakı 10 minə yaxın kameraya qanunsuz müdaxilələr edib.