22 May 2025, 15:12
Vasili Berezutski: "Pokatilov dünyanın ən güclü qapıçısıdır"

"Sabah"ın qolkiperi Stas Pokatilov Qazaxıstanın tanınmış yutub kanalı olan “BorodAbata”ya müsahibə verib.
Operativ Media xəbər verir ki, reportaj zamanı Vasili Berezutski də qazax qolkiper haqda fikirlərini bildirib. Rus mütəxəssis Pokatilovu dünyanın ən güclü qapıçısı adlandırıb:
"Stas Pokatilov dünyanın ən güclü qapıçısıdır. O, Qazaxıstanın tarixi ərzində ən yaxşı futbolçusudur. Əla oğlandır. Ona böyük hörmətim var".
Qeyd edək ki, Qazaxıstan millisinin qolkiperi yanvarda “Tobol”dan “Sabah”a keçib.