22 May 2025, 22:31
Azərbaycanın veteran cüdoçusu Avropa çempionu oldu
Azərbaycanın veteran cüdoçusu Avropa çempionu oldu şəkil
Azərbaycanın veteran cüdoçusu Avropa çempionu oldu

Latviyanın paytaxtı Riqada cüdo üzrə veteranlar arasında Avropa çempionatı start götürüb.

Operativ Media xəbər verir ki, ilk yarış günündə milli komandamız aktivinə bir qızıl medal yazdırıb. 

-90 kq çəki dərəcəsində çıxış edən Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək karyerasında 11-ci dəfə Avropa çempionu titulunu qazanıb. M-8 yaş kateqoriyasında tatamiyə çıxan təmsilçimiz finalda ukraynalı Oleksandr Ranqayevi ipponla məğlub edib. Fərhad Rəcəbli həmçinin 12 qat dünya çempionudur. 

Qeyd edək ki, Azərbaycan yarışda 30 idmançı ilə təmsil olunur. Qitə turnirində 37 ölkədən 855 cüdoçu mübarizə aparır.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb