İsrailin bu gün ərzində Qəzza zolağına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 61 nəfərə çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Qətərin “Əl Cəzirə” telekanalı məlumat yayıb.
Qeyd edək ki, Qəzza Səhiyyə Nazirliyinin statistikasına əsasən, 18 martda sektorda döyüş əməliyyatları bərpa edildikdən indiyədək 3500 nəfərdən çox fələstinli hücumların qurbanı olub.






