ABŞ Sudana qarşı kimyəvi silahdan istifadə etdiyinə görə sanksiyalar tətbiq edəcək
Əziz Əzizli
ABŞ Dövlət Departamenti Sudanın kimyəvi silahdan istifadə etdiyi iddiasına görə ona qarşı sanksiyalar tətbiq edəcək.
Operativ Media xəbər verir ki, bu barədə departamentin mətbuat xidmətinin rəhbəri Temmi Bryusun açıqlamasında bildirilir.
Orada “Sudan hökumətinin 2024-cü ildə kimyəvi silahdan istifadə etdiyi” iddia edilir. “Birləşmiş Ştatlar Sudana sanksiyalar tətbiq edəcək, o cümlədən ABŞ məhsullarının Sudana ixracına və ABŞ hökumətinin kredit xətlərinə çıxışa məhdudiyyətlər qoyacaq”, - bəyanatda deyilir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma