Qəzzada son 24 saatda 100-dən çox insan ölüb

Əziz Əzizli
Qəzzada son 24 saatda 100-dən çox insan ölüb

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində 100-dən çox insan həlak olub, 250-yə yaxın insan isə yaralanıb.

Operativ Media xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

Onun sözlərinə görə, son 24 saat ərzində dağıntılar altından çıxarılan 247 yaralı və 107  cəsədi, o cümlədən əvvəllər həlak olmuş 3 nəfərin qalıqları sektorun xəstəxanalarına çatdırılıb. Bundan əlavə, departament qeyd edib ki, İsrailin hücumları nəticəsində naməlum sayda qurbanlar küçə və yollarda dağıntılar altında qalıb və təcili yardım ekipajları və xilasedicilər oralara daxil ola bilmir.

Digər xəbərlər