Menyu

Boks üzrə Azərbaycan millisi "Qələbə kuboku"nda yarımfinala yüksəldi

Əziz Əzizli
Boks üzrə Azərbaycan millisi "Qələbə kuboku"nda yarımfinala yüksəldi
1 dəq oxu

Rusiyada boks üzrə “Qələbə kuboku”na start verilib.

Operativ Media xəbər verir ki, yarışa “Bakı” adı altında qatılan Azərbaycan millisi turnirə 1/4 final mərhələsindən başlayıb.

Permdə keçirilən “Qələbə kuboku”nda boksçularımızın rəqibləri “Ural” olub. “Bakı” görüşü 3:2 hesabı ilə xeyrinə bitirib.

4 raunddan ibarət qarşılaşmalarda komandamızın heyətində Zaur Qəhrəmanov Mark Urvanovu, Səidcəmşid Cəfərov Xyşbaxt Kuldaşevi və Məhəmməd Abdullayev Aleksandr Dorofeyevi məğlub edib.

“Bakı” yarımfinal döyüşünə mayın 29-da çıxacaq. Görüş Saransk şəhərində baş tutacaq.

Əlaqəli Xəbərlər