23 May 2025, 10:27
"Qalatasaray" Gürcüstan millisinin üzvünü transfer etmək istəyir
"Qalatasaray" Gürcüstan millisinin üzvünü transfer etmək istəyir şəkil
"Qalatasaray" Gürcüstan millisinin üzvünü transfer etmək istəyir

"Qalatasaray" Fransa Liqa 1-dən düşən "Sent-Etyen" klubunun 24 yaşlı hücumçusu Zuriko Davitaşvili ilə maraqlanır.

Operativ Media xəbər verir ki, bu haqda LaGazzetta.ge saytı məlumat yayıb.

Məlumata görə, "sarı-qırmızılılar" gürcü futbolçu üçün təklif hazırlayır və onun hazırkı maaşından daha yüksək bir məbləğ ödəməyə hazırdır

Çempion "Qalatasaray" Zuriko Davitaşvilini heyətinə qatmaq üçün rəsmi təklif verməyə hazırlaşır. Bildirilir ki, futbolçuya "Sent-Etyen" klubunda aldığı maaşdan təxminən üç dəfə artıq bir məbləğ təklif olunacaq. "Qalatasaray"ın bu cəlbedici təklifinin gənc futbolçunu razı salacağı gözlənilir.

Liqa 1-dən düşən "Sent-Etyen" klubunun bu mövsümdə ən diqqətçəkən oyunçularından biri olan Davitaşvili, 9 qol və 8 assistlə parlaq çıxış edib. Bu performans bir çox Avropa klubunun diqqətini cəlb etməyi bacarıb.

Son xəbərlər
Tovuz döyüşlərindən 5 il ötür
Mişustin Pakistana nümayəndə təyin edib
Peskov: İndi hərbi senzura dövrüdür
"Turan Tovuz" ispaniyalı yarımmüdafiəçi transfer etdi
Tramp Rusiyaya qarşı sanksiyaları açıqlaya bilər
Yevlaxda yol qəzası olub
Zelenski: ABŞ Ukraynaya silah tədarükünü bərpa edib
Cəlilabadda ev yanıb