Menyu

Yamal "Barselona" ilə müqaviləsini 2030-cu ilə qədər uzadacaq

Əziz Əzizli
Yamal "Barselona" ilə müqaviləsini 2030-cu ilə qədər uzadacaq

"Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal tezliklə klubu ilə yeni müqavilə imzalayacaq.

Operativ Media xəbər verir ki, bu haqda insayder Nikolo Şira məlumat yayıb.

Mənbənin sözlərinə görə, yeni müqavilə 2030-cu ilə qədər qüvvədə olacaq. Cinah oyunçusunun maaşı ilkin olaraq illik 9 milyon avro və əlavə bonuslar olacaq, lakin illik 18 milyon avroya çatana qədər artacaq.

Bu mövsüm Yamal bütün turnirlərdə 54 oyun keçirib, 18 qol vurub və 25 məhsuldar ötürmə edib. Onun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Teqlər:

"Yamal \"Barselona\" il\u0259 m\u00fcqavil\u0259sini 2030-cu il\u0259 q\u0259d\u0259r uzadacaq"

Əlaqəli Xəbərlər