Menyu

UEFA Avropa Liqasının finalında medal çatışmazlığına görə "Tottenhem"dən üzr istəyib

Əziz Əzizli
UEFA Avropa Liqasının finalında medal çatışmazlığına görə "Tottenhem"dən üzr istəyib
1 dəq oxu

UEFA-nın sözçüsü Avropa Liqasının finalında "Tottenhem"in qazandığı qələbədən sonra bəzi futbolçulara medalların verilməməsi ilə bağlı London klubundan üzr istəyib.

Operativ Media xəbər verir ki, mayın 21-də keçirilən həlledici qarşılaşmada "Tottenhem" "Mançester Yunayted" üzərində 1:0 hesablı qələbə qazanıb. Oyunda yeganə qolu Brennan Conson vurub. Lakin görüşün sonunda "Tottenhem" komandasının üç futbolçusu qızıl medal ala bilməyib.

UEFA məsələ ilə bağlı açıqlamasında bildirib: “Çox təəssüf ki, oyunçuların sayındakı gözlənilməz uyğunsuzluq səbəbindən mükafatlandırma mərasimi zamanı səhnədə təqdim etmək üçün kifayət qədər medalımız olmadı. Mərasimdə əvvəlcə planlaşdırıldığından daha çox komanda üzvü, o cümlədən zədəli oyunçular iştirak edib. Çatışmayan medallar dərhal qalib komandanın soyunub-geyinmə otağına çatdırıldı və bu vəziyyətə görə səmimi üzr istəyirik”.

UEFA baş verənlərə görə məsuliyyəti üzərinə götürüb və gələcək tədbirlərdə bu cür halların təkrarlanmaması üçün tədbir görüləcəyini bildirib.

Əlaqəli Xəbərlər