Zelenski: Ukrayna Rusiyadan 390 əsiri geri aldı

Əsəd Abbaslı
Zelenski: Ukrayna Rusiyadan 390 əsiri geri aldı

Ukrayna Prezidenti Vladimir Zelenski, İstanbulda razılaşdırılmış “1000 nəfərə 1000 nəfər” əsir mübadiləsi çərçivəsində ilk mərhələnin həyata keçirildiyini təsdiqləyib.

Operativ Media xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukrayna bu mərhələdə 390 vətəndaşını Rusiyanın əsirliyindən azad edib.

Dövlət başçısı bildirib ki, növbəti mübadilə dalğaları şənbə və bazar günləri – yəni sabah və birigün baş tutacaq.

“Əsirlikdə olan hər bir şəxsi geri qaytarmaq bizim üçün çox önəmlidir. Hər bir ad diqqətlə yoxlanılır,” – deyə Zelenski vurğulayıb.

Digər xəbərlər