Rusiya Ukraynanı pilotsuz hücumlarla ittiham edib

Əsəd Abbaslı
Rusiya Ukraynanı pilotsuz hücumlarla ittiham edib

Rusiya Xarici İşlər Nazirliyi Ukraynanı aparılan danışıqları pozmaq məqsədilə ölkənin müxtəlif regionlarına irimiqyaslı pilotsuz təyyarələrlə hücumlar təşkil etməkdə ittiham edib.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya XİN-in bəyanatı qurumun rəsmi teleqram kanalında dərc olunub.

Bəyanatda qeyd olunur ki, Kiyevin son hücum hərəkətləri ABŞ administrasiyasının köməyi ilə yenidən başlayan, münaqişənin yekun həllinə yönəlmiş birbaşa Rusiya-Ukrayna danışıqları prosesini pozmaq məqsədi daşıyır.

Nazirlik, həmçinin mayın 16-da İstanbulda tərəflər arasında əldə olunmuş ilkin razılaşmaların həyata keçirilməsinə bu hücumların mane olduğunu bildirib.

Hazırda məsələ ilə bağlı nə Kiyev, nə də ABŞ tərəfi rəsmi açıqlama verib.

Digər xəbərlər