Azərbaycan Əvəzedicilər Liqasında 2024/25 mövsümünün qalibi məlum olub.
Operativ Media xəbər verir ki, “Sabah-2” sonuncu turda “Neftçi-2” ilə heç-heçə edərək çempion adını qazanıb. Hər iki komandanın aktivində 69 xal olsa da, şəxsi oyunlarda üstün olan “Sabah-2” qızıl medalların sahibi olub.