ABŞ məhkəməsi Trampın xarici tələbə qadağasını dayandırıb
Əsəd Abbaslı
ABŞ-nin federal məhkəməsi Tramp administrasiyasının Harvard Universitetinə xarici tələbələrin qəbulunu qadağan edən qərarını bloklayıb.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Qeyd edək ki, mayın 22-də ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinin xarici ölkələrdən tələbə qəbulu icazəsini dayandırıb.
Universitetə qarşı təzyiqlər təhsil ocağında oxuyan fələstinli fəalların İsrailin Qəzza zolağında hərbi əməliyyatlarına qarşı etirazlarından sonra güclənib.
Teqlər:
"AB\u015e m\u0259hk\u0259m\u0259si Tramp\u0131n xarici t\u0259l\u0259b\u0259 qada\u011fas\u0131n\u0131 dayand\u0131r\u0131b"