Menyu

BMT Rusiya ilə Ukrayna arasında aparılan əsir mübadiləsini alqışlayıb

Əsəd Abbaslı
BMT Rusiya ilə Ukrayna arasında aparılan əsir mübadiləsini alqışlayıb

Rusiya-Ukrayna arasında əsir mübadiləsi münaqişənin yumşaldılması üçün vacib addımdır.

Operativ Media xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Fərhan Hak deyib.

Onun sözlərinə görə, BMT iki ölkə arasında hərbi əsirlərin mübadiləsinin davam edəcəyinə ümid edir: “Ümid edirik ki, bu proses vəziyyətin gərginliyinin azaldılması istiqamətində atılan ümumi səylərin bir hissəsi olacaq”.

Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında İstanbulda əldə olunmuş razılaşma əsasında 270 hərbçi və 120 mülki şəxs qarşılıqlı olaraq geri qaytarılıb.

Teqlər:

"BMT Rusiya il\u0259 Ukrayna aras\u0131nda apar\u0131lan \u0259sir m\u00fcbadil\u0259sini alq\u0131\u015flay\u0131b"

Əlaqəli Xəbərlər