Menyu

Avropa çempionatının ikinci günündə Azərbaycanın veteran cüdoçuları 4 medal qazandılar

Əziz Əzizli
Avropa çempionatının ikinci günündə Azərbaycanın veteran cüdoçuları 4 medal qazandılar

Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının ikinci günündə Azərbaycan millisi uğurlu çıxış edib.

Operativ Media xəbər verir ki, Azərbaycan təmsilçiləri 3 qızıl və 1 bürünc medal qazanıblar.

M-4 yaş kateqoriyasında Babək Hacıyev (-60 kq), Vaqif Kərimov (-73 kq) və Emil Hüseynov (-100 kq) bütün rəqiblərini məğlub edərək Avropa çempionu olublar. M-3 yaş kateqoriyasında isə Samir İsmayılov (-81 kq) üçüncü yeri tutub.

Xatırladaq ki, turnirin ilk günündə Fərhad Rəcəbli (M-8, -90 kq) də qızıl medala sahib olmuşdu.

Hazırda yığma komandamız 5 medalla (4 qızıl, 1 bürünc) 37 ölkə arasında ümumi sıralamada 4-cü pillədə qərarlaşıb.

Teqlər:

"Avropa \u00e7empionat\u0131n\u0131n ikinci g\u00fcn\u00fcnd\u0259 Az\u0259rbaycan\u0131n veteran c\u00fcdo\u00e7ular\u0131 4 medal qazand\u0131lar"

Əlaqəli Xəbərlər