Menyu

"Monako" Fati ilə müqavilə imzalamaq istəyir

Əziz Əzizli
"Monako" Fati ilə müqavilə imzalamaq istəyir

"Monako" "Barselona"nın hücumçusu Ansu Fatini transfer etməyə yaxındır.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Mənbə bildirir ki, tərəflər ispaniyalı futbolçunun sonradan almaq variantı ilə icarəyə verilməsini müzakirə edirlər. Qeyd olunur ki, Fati Fransa klubuna keçmək istəyir.

Fati bu mövsüm bütün turnirlərdə 11 oyun keçirib, lakin nə qol vurub, nə də bir məhsuldar ötürmə edib. Onun "Barselona" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.

"Transfermarkt"ın məlumatına görə, futbolçunun bazar dəyəri 5 milyon avrodur.

Teqlər:

"\"Monako\" Fati il\u0259 m\u00fcqavil\u0259 imzalamaq ist\u0259yir"

Əlaqəli Xəbərlər