Menyu

PSJ "Roma"nın qapıçısını heyətinə qatıb

Əziz Əzizli
PSJ "Roma"nın qapıçısını heyətinə qatıb

PSJ "Roma" və İtaliya gənclər komandasının 18 yaşlı qapıçısı Renato Marinlə müqavilə imzalayıb.

Operativ Media xəbər verir ki, bu haqda "L'equipe" nəşri məlumat yayıb.

Müqavilə 5 illikdir, lakin italyan qapıçı komandaya yalnız iyulun 1-də qoşulacaq, çünki “Roma” onu cari müqaviləsi bitmədən buraxmaq istəmir.

PSJ-də artıq Canluici Donnarummadan sonra 2 nömrəli rusiyalı qapıçı Matvey Safonov var. Mənbənin məlumatına görə, Fransa klubu Marini üçüncü qapıçı, İspaniya olimpiya yığmasında çıxış edən 23 yaşlı Arnau Tenasın əvəzinə alıb.

"Transfermarkt"ın məlumatına görə, Marinin bazar dəyəri 500 min avrodur. Lakin o, bu mövsüm “Roma”nın heyətində bir dənə də olsun oyun keçirməyib.

Teqlər:

"PSJ \"Roma\"n\u0131n qap\u0131\u00e7\u0131s\u0131n\u0131 hey\u0259tin\u0259 qat\u0131b"

Əlaqəli Xəbərlər