Qurban Qurbanov "Barselona" klubunun düşərgəsində olub
Əziz Əzizli
"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov İspaniyanın “Barselona” klubunun düşərgəsində olub.
Operativ Media xəbər verir ki, təcrübəli mütəxəssis üçgünlük səfər çərçivəsində La Liqa nəhənginin həm əsas, həm də aşağı yaş qruplarına – U-19, U-15 və U-10 komandalarına məxsus məşqləri izləyib.
Səfər zamanı Qurbanov “Barselona” klubunun bir sıra önəmli şəxsləri ilə də fikir mübadiləsi aparıb. O, komandanın almaniyalı baş məşqçisi Hans-Diter Flik, UEFA Gənclər Liqasının qalibi olan U-19 komandasının çalışdırıcısı Yuliano Beletti və klubun idman direktoru Deku ilə görüşüb.
Səfərin əsas məqsədi “Barselona”nın məşq prosesi və futbol fəlsəfəsi ilə daha yaxından tanış olmaq olub.
Teqlər:
"Qurban Qurbanov \"Barselona\" klubunun d\u00fc\u015f\u0259rg\u0259sind\u0259 olub"