Menyu

Azərbaycan millisi Belçika yığmasını məğlub etdi

Əziz Əzizli
Azərbaycan millisi Belçika yığmasını məğlub etdi

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) ikinci oyununu keçirib.

Operativ Media xəbər verir ki, B Liqasının A qrupunda yer alan millimiz Belçika yığması ilə qarşılaşıb. İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 11:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Ramil Əliyev 3, Comərd Baxşəliyev 2 qol vurub, Elşad Manafov, Kamil Hüseynov, Orxan Məmmədov, Amid Nəzərov, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə 1 dəfə fərqləniblər.

Qeyd edək ki, komandamız ilk oyununda İngiltərə yığmasını 5:4 hesabı ilə məğlub etmişdi. Millimiz qrupdakı son matçını mayın 25-də Litva (14:15) seçməsinə qarşı keçirəcək.

Teqlər:

"Az\u0259rbaycan millisi Bel\u00e7ika y\u0131\u011fmas\u0131n\u0131 m\u0259\u011flub etdi"

Əlaqəli Xəbərlər