Fransanın Kann şəhərində genişmiqyaslı elektrik kəsilməsi baş verib və nəticədə Alp-Dənizlər departamentinin bütün qərb hissəsi işıqsız qalıb.
Operativ Media xəbər verir ki, Franceinfo radiostansiyası məlumat yayıb.
Məlumatda qeyd olunub ki, ərazidə internet və mobil rabitə kəsilib, liftlər və işıqforlar sönüb. Qatarların hərəkəti dayandırılıb, yüzlərlə insan stansiyada qalıb.






