Menyu

Azərbaycanın daha iki veteran cüdoçusu Avropa çempionatında medal qazandı

Əziz Əzizli
Azərbaycanın daha iki veteran cüdoçusu Avropa çempionatında medal qazandı

Latviyanın paytaxtı Riqada keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatının üçüncü günündə Azərbaycan milli komandası daha 2 medal qazanıb.

Operativ Media xəbər verir ki, qitə turnirində ölkəmizin yeganə qadın təmsilçisi Zülfiyyə Hüseynova (F-6, -70 kq) bütün rəqiblərinə ipponla qalib gələrək Avropa çempionu olub.

M-1 yaş kateqoriyasında çıxış edən Samir İsmayılov (-73 kq) isə üçüncü yeri tutaraq bürünc medala layiq görülüb.

Qeyd edək ki, bundan əvvəl Fərhad Rəcəbli (M-8, -90 kq), Babək Hacıyev (M-4, -60 kq), Vaqif Kərimov (M-4, -73 kq), Emil Hüseynov (M-4, -100 kq) qızıl, Samir İsmayılov (M-3, -81 kq) bürünc medal qazanıb.

Beləliklə, aktivində 7 medal (5 qızıl, 2 bürünc) olan yığmamız 37 ölkə arasında kişilərin mübarizəsində 4-cü, ümumi komanda sıralamasında isə 5-ci pillədə qərarlaşıb.

Teqlər:

"Az\u0259rbaycan\u0131n daha iki veteran c\u00fcdo\u00e7usu Avropa \u00e7empionat\u0131nda medal qazand\u0131"

Əlaqəli Xəbərlər