İran XİN: Danışıqların tarixi hələ müəyyən edilməyib
Əsəd Abbaslı
Tehran və Vaşinqton arasında növbəti danışıqların tarixi hələ müəyyən edilməyib.
Operativ Media "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.
Onun sözlərinə görə, danışıqların altıncı raundunun tarixi və yeri barədə məlumatlar yalnız medianın spekulyasiyasıdır.
İran və ABŞ nümayəndə heyətləri cümə günü Romada nüvə müzakirələrinin beşinci raundu üçün görüşüblər və hər iki tərəf Oman hökumətinin vasitəçiliyi ilə danışıqları davam etdirməyə razılaşıb.
Danışıqların beşinci raundundan sonra İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Oman xarici işlər naziri gələcək raundlarda irəliləyişə səbəb ola biləcək müxtəlif ideyalar təqdim edib.
Teqlər:
"\u0130ran X\u0130N: Dan\u0131\u015f\u0131qlar\u0131n tarixi h\u0259l\u0259 m\u00fc\u0259yy\u0259n edilm\u0259yib"