Menyu

Rusiya Prezidenti "Krasnodar"ın baş məşqçisi Murad Musayevi təbrik edib

Əziz Əzizli
Rusiya Prezidenti "Krasnodar"ın baş məşqçisi Murad Musayevi təbrik edib

Rusiya prezidenti Vladimir Putin “Krasnodar”ın baş məşqçisi Murad Musayevi 2024/25-ci il futbol üzrə Rusiya çempionatının qalibi olması münasibətilə təbrik edib.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Vladimir Putin Krasnodar diyarının qubernatoru və “Krasnodar” futbol komandasının baş məşqçisi Murad Musayevə zəng edərək onları “Krasnodar” komandasının Rusiya futbol çempionatında çempion olması münasibətilə təbrik edib”, - deyə məlumatda qeyd edilib.

Mayın 24-də “Krasnodar” Rusiya çempionatının 30-cu turunda “Dinamo”nu məğlub edib (3:0). Bunun sayəsində “Krasnodar” 2024/25 Rusiya çempionatında 67 xal toplayıb və ikinci olan “Zenit”i 1 xal qabaqlayaraq turnir cədvəlində birinci yeri tutublar.

“Krasnodar” tarixində ilk dəfə Rusiya çempionu olub. "Zenit" bundan əvvəlki altı mövsüm ardıcıl olaraq Rusiya çempionatının qalibi olub.

Teqlər:

"Rusiya Prezidenti \"Krasnodar\"\u0131n ba\u015f m\u0259\u015fq\u00e7isi Murad Musayevi t\u0259brik edib"

Əlaqəli Xəbərlər