İsveçrənin Rimpfisçorn dağında beş xizəkçinin cansız cəsədi tapılıb.
Operativ Media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumatdaq qeyd olunub ki, prokurorluq axtarış-xilasetmə qruplarının İtaliya sərhədinə yaxın ərazidə hava və quru axtarışları aparmasından sonra cəsədlərin Adlerqletşer buzlaqının yaxınlığında tapıldığını bildirib.
Cəsədlərdən üçünün tərk edilmiş xizək enişlərinin bir neçə yüz metr altında, digər ikisinin isə 4199 metr hündürlükdə uçqun qalıqları üzərində tapılıb.
Xizəkçilərin ölümü ilə bağlı araşdırma başlansa da, hələlik şəxsiyyətləri müəyyən edilməyib.






