Menyu

"Sauthempton" Premyer Liqada antirekorda imza atıb

Əziz Əzizli
"Sauthempton" Premyer Liqada antirekorda imza atıb
1 dəq oxu

"Sauthempton" bir mövsümdə ən çox məğlubiyyətə görə Premyer Liqada  antirekorda imza atıb.

Operativ Media xəbər verir ki, mayın 25-də “Sauthempton” Premyer Liqanın son turunda “Arsenal”a uduzub (1:2). Bu məğlubiyyət "Sauthempton"un cari mövsümdə 30-cu məğlubiyyəti olub. Əvvəllər Premyer Liqanın antirekordu bir mövsümdə 29 məğlubiyyətlə "Sanderlend" (2005/06 mövsümü), "Derbi" (2007/08) və "Şeffild Yunayted"ə (2020/21) məxsus idi.

"Sauthempton" 12 xalla Premyer Liqanın sonuncu pilləsində qərarlaşıb.

Əlaqəli Xəbərlər