"Qarabağ"dan riskli seçim - İbrahima Vadji qayıdır
Əziz Əzizli
UEFA Çempionlar Liqasında mübarizə aparacaq "Qarabağ" heyətini gücləndirmək istəyir. Hücumçu axtarışlarını davam etdirən Ağdam təmsilçisi sabiq hücumçusu İbrahima Vadjini heyətinə qatmaq istəyir.
Operativ Media xəbər verir ki, bu iddia ilə "Africanfoot" nəşri çıxış edib.
Fransanın "Sent-Etyen" komandasının formasını geyinən seneqallı hücumçu ötən mövsüm cəmi 10 oyunda meydana çıxıb.
2024-cü ilin sentyabrda zədələnən hücumçu mövsümün böyük hissəsini qaçırıb. Son mövsümdə cəmi 343 dəqiqə meydanda qalan Vadji fərqlənə bilməyib.